YAŞADIM - Əşrəf Veysəlli
Dünyaya gəlib yaşadım,
ağlayıb- gülüb, yaşadım.
Mən yaşayıb ölmürəm ki,
mən hər gün ölüb yaşadım.
\
Odlara salan gözəlin,
qeydimə qalan gözəlin,
canımı alan gözəlin
qadasın alıb yaşadım.
Xoşlamalı dünya deyi,
boşlamalı dünya deyil.
Yaşamalı dünya deyil,
üzümə salıb yaşadım.