Sabir Zəkullaoğlu - Epşteyn olayı mənə yaşadığım bir qorxunc hadisəni xatırlatdı.

YAZARLAR 11:15 / 07.02.2026 Baxış sayı: 693

 

İnsanın fitrətində yaranışdan məcara axtarmaq, maraqlı nələrəsi eşitmək, qeyri-adi söhbətlərə şahidlik etmək kimi bir maraq var. Fərqi yoxdur, lap yalan olsun. Əsas odur maraqlı olsun, rəngli olsun. Həqiqət olub boz, moloton olmaqdansa, çeşidli olub, cəlbedici olsun.

İnsan psixalogiyasını bilən adamlar həmişə insanda olan bu marağı nəzərə alaraq, zaman-zaman öz auditoriyalarını intizarda saxlamayıb, müəyyən hadisələr uydurublar.

Bu gün dünya mətbuatını, xüsusilə müsəlmanlar yaşayan coğrafiyada daha çox özünə auditoriya yığmış informasiya agentliklərini zəbt edən Epşteyn olayı mənim yadıma uşaq yaşlarında yaşadığım bir qorxunc hadisəni xatırlatdı.

Təxminən on-on iki yaşım vardı. Yaşadığım ərazidə belə bir şayə dolaşırdı. Mən nə baş verdiyini tam anlamasam da, bacım bu hadisəni anlamaqda mənə yardımçı olurdu. Bacım həm də, bu hadisədən məni qorumağa çalışırdı.

Məndən iki yaş böyük idi bacım. O mənə hər gün bərk-bərk tapşırırdı, hara getsən, evə tez qayıt. Tək gəzmə. Kənddə "cuutdar" peyda olub. Onlar adam ətiylə qidalanırlar. Əsasən də körpə uşaqların əti onların mədəsində daha tez həzmi-rab olur. Çünki yaşlı adamların əti bərk olur. İllah da bizim kənd dağlıq ərazidi. Dağa çıxıb düşməkdən əzələlrimiz dəmir kimidi. "cuutdar" bunu çox gözəl bilirlər. Odur ki sənin kimi sütül oğlanlar onların əsil yemidir.

Sonra bacım bu söhbətin davamı olaraq bildirirdi ki, "cuutdar" öz övladlarını əsasən uşaq qanıyla böyüdürlər. Belə ki, onlar oğurladıqları uşaqları ilk soyundurub atırlar bir çəlləyə, sonra başlayırlar çəlləyi nehrə kimi çalxalamağa. Çəlləyin içi də bildiyin kirpi kimi mismarlarla əhatələnib.

Çəllək təxminən bir saat çalxalandıqdan sonra məhsul hazır olur. Valideyinlər çəlləyin kranını açıb, fincanı təzə uşaq qanı ilə doldurub içizdirirlər öz balalarına.

Ehtiyatlı ol. Bax budur sənə deyirəm, evə tez gəl.

Mən də qorxağın biri. Nə eşitsəm inanan sadəlövhün təki.

Heç bilmirdim "cuut" nə deməkdir.

İllər sonra bildim ki, "cuut" dedikləri bu "qorxunc məxluqlar" sən demə millət adıymış.

Yahudi milləti - hansı ki bizim 44 günlük qəlıbımizdə xüsusi çəkisi olan qardaşlarımız.

Mən yazıq o vaxtı bunu hardan bilim? Mən heç öz milli mənsubiyyətimi, milli kimliyimi dərk eləmirdim. Bir onu bilirdim ki, Lenin mənim babamdır.

Təbii ki, mən bacıma inanırdım. Çünki o mənim dünyada ən çox inandığım adam idi. İnsanı da əsasən inandığı adam daha rahat aldada bilir.

Çox qorxurdum. Qorxumdan gecələr ayaqyoluna da gedə bilmirdim. Ayaqyolu da evdən ən azı doxsan, doxsan beş metr uzaqda idi. Mən sonralar başa düşdüm ki, bu nağılların kökü dindən gəlir.

Çünki mənim doğulduğum çoğrafiya Əbəlfəzin kurasiyasına daxil idi. Hər kəs and içəndə farsın təbliğatı nəticəsində and yerimizə çevrilmiş "Əbəlfəz haqqı" deyərdik.

Ərəb-fars nağıllarının əsas iprovizasiyası bizdə sintez olunurdu.

Əslində, bu nağılın əsası elə qurandan götürülmüşdü. Quran deyir ki, Yahudilər Allahın lənətlənmiş millətdir. Farslar da Quranın bu ayəsinə istinadən yahudi xalqına qarşı öz çirkin təbliğatlarını bu formada bizim kimi avam müsəlmanların başına yeridirdirdlər.

Nəticədə avam kütlə formalaşırdı. Düşünməkdən məhrum, manqurt bir cəmiyyət.

Hər gecə qorxudan ayaqyoluna gedə bilmədiyimiz üçün, hər gün bir şalvar əldən gedirdi.

Bir az da böyüdükdən sonra hamımızı yığıb bir yerə, məsciddə ağladırdılar.

Təsəvvür edirsiz? Üç yüz, dörd yüz kişini bir yerə yığırdılar, məhz ağlatmaq üçün.

Təkcə kişiləri yox, analarımızı da ağladırdılar. Onları da digər otaqda bir arvad mollası ağladırdı. Bu məqsədlə xüsusi olaraq hər il on gün nəzərdə tutulmuşdu.

Qorxaq, ağlayan kişi yetişdirirdilər.

Bax bu da dinin-xurafatın, cəhalətin cəmiyyətə verdiyi "töhfə"

İndi də deyirlər Epşteyin "cuutdu".