Elnur Uğur Abdiyev - Oyun bilməyə- bilməyə...

Ədəbiyyat 09:45 / 16.04.2026 Baxış sayı: 271

 

Oyun bilməyə- bilməyə,

Dünyayla şahmat oynadım.

O piyada verdi önə,

Eh,mən səfeh at oynadım.

 

Upuzun yol bir saniyə,

Özüm- özümə maneə.

Gəldim sonu bu faniyə,

Gəldim bir şah,at oynadım!

 

Gəldim uduza- uduza,

O uddu,döndü quduza.

Sonu dirəndi sonsuza,

Çəkdim bir ah mat oynadım.