Xəyalə Sevil - Həyat onsuz da çətindi

Ədəbiyyat 10:47 / 16.04.2026 Baxış sayı: 238

Həyat onsuz da çətindi,

Qayıt, sevincin olaram.

Hamıdan qaçmağa yerin,

Çatmağa küncün olaram.

 

Bu üç-beş günlük dünyada

Gör, nə yaşadıq, nə qaldı?

Harda, kimlə olur, olsun,

Sevgi həmişə halaldı.

 

Məndən aslı deyil axı,

Səndən aslı olan şeylər.

Hələ varam, bacarmırsan,

Gör, tək olsan, sənə neylər?!

 

Həyat onsuz da çətindi,

Qayıt, sevincin olaram.

Hamıdan qaçmağa yerin,

Çatmağa küncün olaram.