Ağaevli Əli Hacı - Ayağ basılan yerdə gül...

Ədəbiyyat 10:10 / 16.04.2026 Baxış sayı: 312

 

 

Ayağ basılan yerdə gül,

əl qoyulan yerdə hava var,

baxışlar-sonsuzluğ qədər imiş demə !

Dağlar düzənlərə-göz qoyan ,

çaylar düzənlərə-üz qoyan,

hərəsinin öz səddi varmış demə !

Bütün yolların məramı olmaqsa,

olmağ -olacağsa,

yol da,yeriyirmiş demə !

Bir qar dənəsinin rəsmini

göylər tək çəkə bilmədim,

Adam da,

qar kimi əriyirmiş demə !

Dünya-Sevgi yeridi,

gün,gölgə yeridi !

Şükür,öz ömrümü yeridim

Dünyam,bu qədərmiş demə !