Namiq  Dəlidağlı :  -  İNTİHAR GÖZƏLLƏMƏSİ 18+

Ədəbiyyat 11:11 / 16.04.2026 Baxış sayı: 278

 

(...həm də Cahangir Namazovun ruhuna sayğıyla...)

I

Hər kəsin içində

bir intihar

istəyi var.

Və bətnində

bir intihar ağrısı var.

...Ölümə təslim olmaq

istəməyənlərin

qələbəsidi intihar;

öz qanına susayanların

son nidasıdı intihar;

bütün etirazların

haqq səsidi intihar;

dipdiri duyğuların

qəfil nəfəsinin

kəsilməsidi intihar.

Hə, bir də

canına qıyılan arzuların

şərəfinə qaldırılan

eşq badəsidi intihar:

ancaq içilməsi zor...

II

...Əcəlin intihar

edənlərə ölüm borcu qalır.

İnthar ölüm deyil,

intihar ölmək deyil,

sadəcə ayrılıqdı:

ancaq geri dönülməz...