Elnur Uğur Abdiyev -·Süniləşir dünya tamam
Süniləşir dünya tamam,
Süniləşir yer də,göy də.
Şəhərləşir adı köy də.
Süniliklər içində mən,
Təkəm,tənhayam,təmtəkəm.
Özümdən böyükdü kölgəm,
Bölgə- bölgə,
Hər hüceyrəm
Sünilyin əsiridi.
Bir sünilik əsrindəyik,
Məhvin ən son addımında.
Tanrıyçün bir vaxt əzizdi,
İndi,
Dadı qaçıb adamın da.
Leylilərin,Məcnunların,
Eşqi ölür internetdə.
Süniləşdi intellekt də.
Hər şey süni
Həyat boya.
İtir həya.
Bir də ehya olmaq üçün,
Yer yenidən yaranmalı,
Göy yenidən yaranmalı.
Bir də
Bir də
....