Yadigar Təvəkgul - Aran torpağının qəhrəman oğlu
Aran torpağının qəhrəman oğlu
Vətən harayına könüllü getdin
Düşmənlər əlində qalan torpağı
Döyüşdün, vuruşdun sən xilas etdin
Dedin ana torpaq azad olmalı
Orda qız gəlinlər cətində darda
İcdin şəhadətin şərbət andını
Açdın cığırları qayıtdın yurda
Azad torpağımın qəhrəman oğlu
Qurban Rəhimov şəhid qardaşım
Bu azad torpağın hər qarşında
Yaşayır xatirən, ucalır başın
Keçdin oba oba,ötdün dağ dərə
Əhsən küləklərə qarışdı səsin
Hər addım zəfərə gələn yol oldu
Düşmənin bağrını yardı atəşin
Beşikdən boylanan körpənə gorə
Sinən sipər oldu vətən yolunda
Azad torpaqda böyüsün deyə
Sən neçə mərmilər gəzdirdin canda
Azad torpağımın qəhrəman oğlu
Qurban Rəhimov şəhid qardaşım
Bu azad torpağın hər qarşında
Yaşayır xatirən, ucalır başın