Xəyalə Sevil - Heç  nə...

Ədəbiyyat 22:07 / 28.07.2026 Baxış sayı: 235

Üzümün, gözümün suyu

Selə gedəcəksə... Heç nə.

Belə başlayan bu ömür

Belə gedəcəksə... Heç nə.

 

Açılmayıbdı sarğısı,

Hələ ağrıyır ağrısı...

Mən bildiyim yanlışların

Nə idi ki, bəs doğrusu?

 

İlahi, xəbərin olsun,

Elə bezdirirlər məni.

Taleyə inandırırlar,

Səndən küsdürürlər məni...

 

Üzümün, gözümün suyu

Selə gedəcəksə... Heç nə.

Belə başlayan bu ömür

Belə gedəcəksə... Heç nə