Təranə Məmməd - İncimişəm
Könlüm sızlayır səhərdən,
Özüm də bilmirəm nədən,
Yalanı doğrudan seçən,
Gözlərimdən incimişəm.
Tükəndim arada qoyulan fərqdən,
İpək seçilməyir nə vaxtdı bezdən,
Bu yalan dünyanı hələ vəsf edən,
Sözlərimdən incimişəm.
Yoruldum haqqımı sübut etəməkdən,
Tükəndim mən oda su çiləməkdən,
Gecələr yuxumu hey ərşə çəkən,
Xəyallardan incimişəm.
Göz yaşım süzülür üzümə dən-dən,
Küsmüşəm yenə də özüm- özümdən,
Məni sevməyəni dəlitək sevən,
Ürəyimdən incimişəm..