Xəyalə Sevil - Düzdüm xatirələri...
Ədəbiyyat
09:23 / 11.08.2026
Baxış sayı: 325
Düzdüm xatirələri,
Ürəyim taxça kimi.
Bu günü də bağladım,
Bağladım boxça kimi.
Adam belə təklənir,
Belə təklənir adam.
Həyat həmin həyatdı,
Nə o daddı, nə o tam.
Əl-ayağım yuxulu,
Di gəl, bir işə yatmır.
Bir qırıq həvəsim var,
Heyf, yaşamağa çatmır.