Bəhram Bilaloğlu - Əsa qədər söykəndiyim

Ədəbiyyat 11:11 / 11.08.2026 Baxış sayı: 303

Əsa qədər söykəndiyim

Adamlar saxta çıxdılar.

İmanımı görən kəslər

Alnımda bəxtə baxdılar.

 

Zəhmətimlə yaşadığım,

Ağır yüklər daşıdığım,

Hər gün bir az daş atdığım

Daşdakı səmtə axdılar.

 

Haqq yolunu tutdum hədəf,

Daim oldum eşqə tərəf.

Parlamayan olmaz sədəf,

Sədəfdən nuru çaxdılar.

 

Ümid yerim, pənahımdı,

Onsuz məkan sər,ahımdı.

Sevgisizlik günahımdı,

Bu günaha ar yaxdılar.