Ağaevli Əli Hacı - Baxmıram dərindi ,ya da ki dayaz
Salam Sarvanın-60,yubiley yaşına
Baxmıram dərindi ,ya da ki dayaz
Sözü uzununa üzüb keçirəm .
Bədənim yükünü ağlıma verib,
Əriyən dərdimin suyun içirəm !
Üzürsüz gecikdim Tanrı dərsinə,
Bəxtin qabağına qayıb yazılıb !
Kitab bazarında bir dükan açıb,
Adını qəm qoydum,gələn azalıb !
Suyun dəyişmədim getdiyim yolun,
Bir az tez yeyildi ayağım altda !
Torpağın altına söz aparırdım,
Gecikdim,sevgilər getdi qatarda !