Ayaz Arabaçı - Bu üzlər sənə də tanışdılarmı
Sinəmin üstündən min qatar keçib,
Bu izlər sənə də tanışdılarmı..
Könül bulandıran, çiçək solduran.
Bu üzlər sənə də tanışdılarmı.
Asta keç bu yerdən, bir azca dayan,
Mənim ürəyimdi o yalqızlayan,
Könül yarasından betər sızlayan.
Blüzlər sənə də tanışdılarmı..
Minib yellənərdim o boş kəndirə,
Bir cəllad əl atıb can tükəndirə,
Ruhumu şeirnən şəkilləndirən,
Filizlər sənə də tanışdılarmı..
Gözüm görmədiyim şəklinə doymuş,
Bəlkə gözlədiyim gün elə oymuş..
Qanlı köynəyimdə ismini qoymuş,
Gilizlər sənə də tanışdılarmı..
Həvəsə düşürəm boşuna, hərdən..
Yellənir avqustun mehində pərdən..
Bal damır günəşli pəncərələrdən,
Bu hisslər sənə də tanışdılarmı..