Əbülfət Mədətoğlu - Çingiz Əlioğlunun RUHUNA
Dağ boyda Kişi.- Aydın, Kübar , Dəyanətli, Təmənnasız və bəy oğlu BƏY DOSTUM , GÜVƏNCİM Cingiz ƏLİOĞLUNUN RUHUNA
Kədəri qapında gözlət - deyirdin
Qoyma -hakim olsun içində sənə!
Gizlət göz yaşını, gizlət deyirdin -
İndi kim deyəcək bunları mənə!
Sən sözün bətnində, söz də canında
Kübarlıq üzürdü vallah qanında!
Kiçik görünürdü çoxu yanında -
Hamının da əli çatırdı sənə!
Yerişin, duruşun, hətta səsin də
Yoxuydu dünyanın heç bir kəsin də!
Allahın insanlıq mərtəbəsində -
Tək idin, yek idin, səndin bir dənə!
Saflığın, paklığın, bir də tamlığın
İşində, sözündə tam adamlığın ...
Sən idin güvənib tamamlandığım -
Dostluq miras qoyub getdin sən mənə!