Xatirə Rəhimli - Mən azadlıq istəyirəm

Ədəbiyyat 09:30 / 31.03.2026 Baxış sayı: 481

Mən azadlıq istəyirəm

Sevməyin məni sevməyin

Dinləyin coşan kədəri

qaynayan qəmi sevməyin

Mən azadlıq istəyirəm

Nəfsinizin qorxusundan

İçimə sıxıldim axı

Yol verin çıxım özümdən

İçimdə boğuldum axı

Mən azadlıq istəyirəm

Nə sevdiklərim arxamdı

Nə sevmədiklərim yağım

Mən hansı dağa söykənim

Görsün içimdəki dağa_--

Mən azadlıq istəyirəm

Doğulandan qəhər uddum

Mənə də bir nəfəs verin

Ya tam kəsin nəfəsimi

Yada arzuma səs verin --

Mən azadlıq istəyirəm

Gözlərim işiq istəyir

Ürəyim nur umur mənim

Sıxlaşır başınız üstdə

Gözlərim qurumur mənim

Baxmayın susub durmuşam

Ürəyım kirimir mənim --

Mən azadlıq istəyirəm

Qanlıdı sizlə ürəyim

Bu qanlı yaraya baxın

Açın haqqın qapısını

Allaha tanrıya baxın

mən azadlıq istəyirəm !!!