Elnur Uğur Abdiyev - Bura sonudur bəşərin

Ədəbiyyat 13:05 / 31.03.2026 Baxış sayı: 582

Bura sonudur bəşərin,

Daş üstə başlar döyülüb.

Altı üstündən sirlidir,

Torpağa daşlar döyülüb.

 

Baxsan çoxu diri daşdı,

Vaxtdan- vaxta boru daşdı.

Üzdən üstü quru daşdı,

Altda nə yaşlar döyülüb.

 

Burda sağ daş, sol daş elə,

Daşdı daşa yoldaş elə.

Allah, məni lal daş elə,

Desin qardaşlar, döyülüb!