Şakir Xanhüseyn - BİR TAĞDA BÖYÜDÜK...
Ədəbiyyat
11:00 / 31.03.2026
Baxış sayı: 464
Biz dağda böyüdük, yahu,
göy otlar arasında,
ağac koğuşunda böyüdük,
yolların enişində,
yoxuşunda böyüdük....
Bir-birimizə qısılıb
əl-ələ tutduq
azmaq qorxusu olanda
çəndə, dumanda...
Sanki bir tağda böyüdük,
qol-budaqlandıq.
çiynimizdən basıldıq,
yenə böyüdük.
Qaranlıqda da
üzü günə böyüdük...
Və ardınca hey qoşur,
döyürəm qapısını
bəzən bir fikrin;
Hamısı böyüdümü
böyüyənlərin?..