Xatirə Rəhimbəyli - Zirvdə tuturdum xatirəni mən

Ədəbiyyat 10:33 / 23.03.2026 Baxış sayı: 443

 

Zirvdə tuturdum xatirəni mən

Özün düşüb getdin xoşaxoşluqla

Gözümü zilləyib hər səhər-axşam

İxtilat edirəm mən o boşluqla

 

Gözümü asmışam mən o zirvədən

Bu eşqin önündə bax dikdi başım

Yuyur, üzüağam , bulud kimidi

Yuyur üz-gözümü gözümün yaşı .

 

Nə dinim dəyişdi , nə qibləm mənim ,

Heç işim olmadı mərəkələrlə

Tanrıya sözümü çatdıra billəm

O zirvyə gələn məlakələrlə

Ucada tuturdum xatirini mən

Özün düşüb getdin xoşaxoşluqla

Gözümü zilləyib hər səhər -axşam

İxtilat edirəm mən o boşluqla ....