ZABİL PƏRVİZ KÜLƏKLƏRİ yazdı - Ağamir Cavad
Oxuyur haqq nəğməsini,
Göydə əsir, yerdə əsir
Zabil Pərviz küləkləri.
Açıb sözün pərdəsini,
Pünhan olan sirrdə əsir
Zabil Pərviz küləkləri.
Dağı, aranı səsləyir,
Haqqı, imanı səsləyir,
Mili, Muğanı səsləyir,
Xan Arazda, Kürdə əsir
Zabil Pərviz küləkləri.
Dağıdıb fitnə tasını,
Fələk saxlayır yasını.
Keçib vüsal dəryasını,
Min həsrətə, dərdə əsir
Zabil Pərviz küləkləri.
Zaman çəkib darağına,
Bənzəyir eşq çırağına,
Düşüb haqqın sorağına
Bir müqəddəs pirdə əsir
Zabil Pərviz küləkləri.