Xatirə Rəhimbəyli - Yox,hələ ölməyə tələsmə,dostum ...
Yox,hələ ölməyə tələsmə,dostum ,
Hayqır bu dübyaya ,hayqır hələ ki...
"Dövranın çevrilmiş tiyanı altda ,
İlahi sevgilər yaşayır !" de ki...
"Çəkilib içinə qısılıb hamı,
Hamı öz-özünə dustaqdı "--denən
"Hamı sahillərdə boynuburuqdu ,
Etibar körpüsü küstahdı "--denən .
Namərd körpüsüdü tərs badalaqlar ,
Sevda cəhənnəmdi,düşən qayıtmır.
Şirin canımızı bu gidi dünya
Çeynəyir ,tüpürür ,döşünə yatmır .
...Gizlədə bilmirəm qanadlarımı,
Hər görən soruşur :" Bu qunduz nədir ?"
Bir ömrü bir eşqə qurban vermişəm ,
Hayqır bu dünyaya bu cəsarəti .
Yox,hələ ölməyə tələsmə,dostum ,
Hayqır bu dünyaya ,hayqır hələ ki...
"Dövranın çevrilmiş tiyanı altda ,
İlahi sevgilər yaşayır! " de ki...