Xatirə  Rəhimbəyli -  XƏBƏR ÇATDI?..

Ədəbiyyat 12:31 / 20.10.2026 Baxış sayı: 979

 

Xəbər çatdı axır sənə?Gülürsən...

Üsyan edib göz yaşımı devirdim.

Sən nə deyib unutmusan, bilmirəm,

Mən ki səni əziz bilib sevirdim.

 

Fikir vermə,öyrənmişəm dilini,

Danışıram gah ağacla,gah quşla.

Buraxmışam ta başını

Kölgəmi

Sən ürəklə gah qılıncla,gah daşla...

 

Başqa cürə düşünür ta adamlar,

Belə sevmək,belə yazmaq günahdı.

Ayrılığa amma düşmür gecələr,

Ürəyimiz açılmayan sabahdı...

Ləngər verdi,çalxalandı bu dünya,

Hərə tutdu bir ətəyin ücündan.

Ah,neyləyim,bu sevdadan qopmadım,

Kim qopdusa,ruhu ölür acından...

Xəbər çatdı axır sənə?Gülürsən?...