Ağaevli Əli Hacı - Tənhalığın qapısı yox...
Tənhalığın qapısı yox,
Yayı,qışı pəncərəsiz !
Oynamağa havası yox,
Bədən yorğun,ruh həvəssiz !
Pozub alın yazısını,
Taleh yazmaq öz əlində !
Oxucusu yoxdur onun,
Kitabları köz dilində !
Hara baxsan ayrılıqdır,
Güldən alaq,sudan quru !
Tənhalığın göz yaşları,
Oddan isti,sudan duru !