Xatirə Rəhimbəyli - SƏNİ SEVMƏK GÜNAHMIŞ…

Ədəbiyyat 10:19 / 13.03.2026 Baxış sayı: 178

SƏNİ SEVMƏK GÜNAHMIŞ…

Suç üstdə yaxalandım …

Bir dəlil-sübut kimi

Alındı eşqim , andım …

* * *

İllər uzunu çəkdi

Araşdırma ,təhqiqat .

Ən ağır cəza kəsdi

Mənə bu zalım həyat

* * *

Qəmin boynumda zəncir ,

Mənə məhbəsdir komam .

Eh,o gündən ömürlük

Yaşamağa məhkumam