Faiq Balabəyli - MƏN SƏNSİZ DƏ YAŞAYARAM

Ədəbiyyat 20:33 / 12.03.2026 Baxış sayı: 129

 

Mən sənsiz də yaşaram

uf demədən, bezmədən

yorulmadan, əzizim,

Zirvələri aşaram

nə dağlar məni saxlar

nə də ki, bil, dənizim.

Sənə yetişmək üçün

başqa bir ömür seçib

tənha yaşamaq olar,

Sənsizliyi yük edib

qəlbdə daşımaq olar...

Xatirələrə qızılıb

bükülüb fağır kimi

keçmişdə qalanları

ot basmış cığır kimi

dörd yana göz gəzdirib

xəlvət daşımaq olar.

Sənsiz ağır olsa da

bu cür yaşamaq olar...