SÜLEYMAN ABDULLA- GÜNÜN ŞEİRİ

Ədəbiyyat 20:21 / 11.03.2026 Baxış sayı: 223

 

Rəng-rəng, ətir-ətir gülümsəyir gün,

Bu gün "al gül" günü, "ver gül" günüdür.

Haraya baxırsan gülümsəyir gül,

Qatıb gülüşünə ver gül, günüdür.

 

Boylan bir gözələ, bir gül gözələ,

Gör necə yaraşır bir gül gözələ.

Səndən gül gözləyən bir gül gözələ,

Aldığın gülləri ver, gül, günüdür.

 

Al gülü, ver gülü, üç nöqtə, qoyma,

Güllərin sayıdır üç, nöqtə qoyma.

Şeirin sonuna üç nöqtə qoyma,

Nidanın susduğu vergül günüdür.