Aləmzər Sadıqqızı - Məni könlündə gizlə...

Ədəbiyyat 12:46 / 10.03.2026 Baxış sayı: 140

 

Tanrım, mənə işıq ol,

Boya məni nuruna.

sənə güvənim gedim,

Gələcəyə, yarına...

 

Hey ömrümü ağladım,

Yaşamadım sağ kimi...

Bəlkə məndən incidin?

Oldum sənə ağ kimi

 

Bir az mənə ömür ver,

Bir az da halal çörək.

Sən necə istəyirsən,

Elə yaşayım gərək.

 

Bas Aləmi bağrına,

Bir az Tanrım, əzizlə...

Görsən dərd qoşun çəkir,

Məni könlündə gizlə!

4.3.2025.