Coşqun Xəliloğlu - HAMIMIZIN DOĞMA EVİ

Ədəbiyyat 22:00 / 10.03.2026 Baxış sayı: 1156

 

(KÖHNƏ ŞEİRLƏRDƏN)

 

Dünyanın qaniçən cahangirləri

Dünyaya oğul yox düşmən gəliblər.

Hiiyləylə ortaya salıb şərləri

Xeyirin bağrını didib, dəliblər.

 

Kələfin ucunu tapmaq müşküldü,

O ucu yamanca dolaşdırıblar.

Hara baxırsansa, çirkabdı, kirdi,

Dünya təmiz idi bulaşdırıblar

 

İblislər, şeytanlar çoxalıb yaman,

Yalan siyasətlə başa keçiblər.

Necə də dəyişir, pisləşir dövran,

Müdrik kişilərsə çoxdan köçüblər.

Dünya nə sənindir, nə də ki, onun,

Dünya hamımızın doğma evidir,

Dünya “Payın verib” neçə fironun,

Evdə ocaq çatmaq nadan səhvidir.

Yox-yox, belə getməz dünyanın işi,

Hiyləsiz-kələksiz zaman gələcək.

Dünyanı xəlq edən o böyük Kişi

Özü şeytanlara əncam çəkəcək.