MEHDİ CALAL -  Qar nağılı     

Ədəbiyyat 12:24 / 13.03.2026 Baxış sayı: 111

                                      

 

Gecə –gündüz xəyalmdan

Getməz qara gozlərin.

Düsüb tələbəlik vaxtı

Yagan qara gozlərin.

 

O illərin saxtasindan

Qrovlandı kirpiyin.

Bu dünya tor görünürdü,

Qaraldı ag örpəyin

 

O qar daha səngimədi

Yolu-izi bağladı.

Günəş də hec görünmədi,

Nigaran qəlb ağladı.

 

 Ümidlə baxdığım göydən

...Ümid yerinə yağdı.

Yol tutmuşdum görünməzə,

Gördüm hər tərəf ağdı...

 

Pəncərələr buz örtükdə,

Havalıydı otaqlar.

Havalıydı qəlbim kimi

Şeirə təşnə varaqlar.

 

Mən yaşadım günlərimi

Eşqin min bir qəmiylə.

Bu nağıl da yazılacaq

Qızımın qələmiylə.

 

Bir tərəfdə balalarım,   

Bir tərəfdə sən varsan.

Ömrün qalan günlərinə

Bu qar kimi yağarsan...