Xatirə Rəhimbəyli - Mən anamı istəyirəm.
Ürəyimdə bir qübar var,ərisin,
Durub gəlsin,gözüm,könlüm yarısın.
Aradakı dağlar ,daşlar yerisin,
Mən anamı istəyirəm.
Onu bir də görmək üçün izn var?
Qurban olum,"yox" deməyin,yazın "var".
Heç kimsəyə deyilməyən sözüm var,
Mən anamı istəyirəm..
Gedir -gəlir göz önünə xəyalı,
Özü gəlsin qoy yaşmaqlı,həyalı.
Dağılıbdı saçımdakı sığalı ,
Mən anamı istəyirəm
Razılaşsın payızıynan,yazıynan,
Xırda-xırda pay gətirsin özüynən.
Şirin-şəkər söhbətiynən ,sözüynən
Mən anamı istəyirəmn...
Ürəyimdə təndirinin alovu,
Saçlarımda həsrətinin qırovu.
Oturmağa biz diz-dizə bir hovur
Mən anamı istəyirəm.
Qəribsəyir qəhvədanı,güyümü...
Qulağımda sırğadı hər deyimi.
Gəlib yenə oxşayarmı boyumu ,
Mən anamı istəyirəm....
Çözülmüşəm yumaq kimi,
Büzülmüşəm dodaq kimi.
Bir südəmər uşaq kimi
Mən anamı istətirəm