Nə tez gəldi bu payız - yazdı Kamala Abiyeva Aydın Qızı

Ədəbiyyat 12:45 / 01.09.2026 Baxış sayı: 427

 

Nə tez gəldi bu payız?

Təbiətmi tələsdi, yoxsa ki, tələsdik biz?..

Yenə küləklər əsdi...

Payızın ahıdırmı küləklər,

yoxsa bizim soyuyan nəfəsimiz?

Nə tez gəldi bu payız?

Yenə yağdı yağışlar,

Bəlkə elə payızın gözləridir buludlar?

Bəlkə də həsrətimiz...

Nə tez gəldi bu payız...

Yaşıl-yaşıl yarpaqlar saralıb töküldülər,

bəlkə elə ağaclar göz yaşı tökürdülər?

Bu saralan yarpaqlar ağacların göz yaşı, yoxsa bizim sevgisiz yaşanan günlərimiz?

Nə tez gəldi bu payız...

Günəşin oduna da isinə bilmirik biz.

Payızmı günahkardı,

Yoxsa payız günəşinə

dönən ürəklərimiz?..