Vahid Aslan  -  Qoruya bilmədim

Ədəbiyyat 18:18 / 31.08.2026 Baxış sayı: 691

 

Dərdimdən içdin dəm oldun,

Halımа yanan şam oldun,

Sən məni duydun qəm oldun,

Mən duya bilmədim səni!

Belə tez sınmağın nəydi?

Məni boyda daşa dəydin?!.

Tanrı verən xəzinəydin,

Oxuya bilmədim səni!

Ürəyim!

Ağ dəniziydin,

Dəriniydin, əziziydin…

Uşaq kimi təmiziydin,

Qoruya bilmədim səni!

24.10.2003