Ayaz  Arabaçı -  30 Avqust Türkiyəmizin Zəfər bayramıdır

YAZARLAR 18:00 / 30.08.2026 Baxış sayı: 975

Bu gün, 30 Avqust Türkiyəmizin Zəfər bayramıdır.

Yəni bir millətin azadlıq eşqinin, iradəsinin, Vətən sevgisinin və ən ağır günlərdə baş əyməyən ruhunun bayramıdır.

30 Avqust Türkiyəmizin öz taleyinə sahib çıxmasının, torpağını, dövlətini və gələcəyini qorumaq əzminin tarixə çevrildiyi gündür.

Böyük Atatürkə ehtiramın günüdür.

Bu bayramı bu gün İstanbulda yaşamaq mənim üçün xüsusi bir şərəfdir.

İstanbuldayam, bu şəhərdə 30 Avqustun nəfəsini duymaq, küçələrdə dalğalanan bayraqları görmək, insanların gözlərindəki qüruru hiss etmək tamam başqa duyğudur.

Türk bayrağı İstanbulun küçələrinə bir başqa gözəllik verir..

Ay-ulduz yalnız binalardan, meydanlardan, pəncərələrdən asılmayıb,həm də insanların gözlərində, qəlblərində, addımlarında dalğalanır.

Mən bu bayram tədbirlərində iştirak edərkən özümü sadəcə bir qonaq kimi hiss etmirəm.

Çünki bizim sevinclərimiz bir-birinə yad deyil.

Bizim tariximizin ağrıları və sevinci ilə bir-birinə çox yaxındır.

Türk qardaşlarımla birgə, çiyin-çiyinə addımlamaq mənim üçün böyük qürurdur.

Azərbaycandan minlərlə kilometr uzaqdayam, amma, özümü qərib hiss etmirəm,məni əhatə edən insanların dili doğma, duyğusu doğma, bayrağa sevgisi doğmadır çünki..

AzərbaycanlaTürkiyə arasında izah olunması mümkün olmayan bir doğmalıq var.

Bu doğmalıq sadəcə eyni kökdən gəlmək deyil.

Bu, tarixdən süzülüb gələn bir yaddaşdır.

Bu, eyni şərqilərdə yaşamaqdır..

Eyni bayraq qarşısında ayağa qalxmaqdır.

Vətənin adı çəkiləndə qürurla başını dik tutmaqdır.

Bu gün İstanbulun küçələrində addımlayarkən bir daha anlayıram ki, “Bir millət, iki dövlət” ifadəsi sadəcə gözəl səslənən bir şüar deyil. Bu sözlərin arxasında əsrlərin yaratdığı qardaşlıq, sevincdə və kədərdə sınanmış birlik, bir-birinin ağrısını öz ağrısı bilən iki xalqın böyük sevgisi dayanır.

30 Avqust Türkiyə üçün Zəfər bayramıdır.

Amma mənim üçün bu gün həm də qardaşlıq bayramıdır.

Bu gün türk qardaşlarımın sevincini bölüşmək, onların bayramını öz bayramım kimi yaşamaq, İstanbulun küçələrində onlarla çiyin-çiyinə addımlamaq mənim üçün böyük şərəfdir.

Bir vaxtlar tarix meydanlarında Vətən uğrunda çiyin-çiyinə dayanan bu millətin övladları bu gün də eyni duyğularla bir-birinə bağlıdır.

Bizim aramızda sərhədlər ola bilər.

Amma ürəklərimizin sərhədi yoxdur.

Xəritələrdə iki ayrı dövlət kimi görünə bilərik,

amma tariximizin, dilimizin, ruhumuzun və qardaşlığımızın sərhədləri çoxdan silinib.

İstanbulun möhtəşəm mənzərəsinə baxarkən düşünürəm:

Zəfər yalnız döyüş meydanında qazanılmır. Zəfər həm də yaddaşını itirməməkdir. Zəfər Vətənini sevməkdir. Zəfər bayrağını qürurla daşımaqdır. Zəfər qardaşının yanında olmaqdır.

Bu gün mən İstanbuldayam.

Böyük Türkiyənin Zəfər bayramını türk qardaşlarımla birlikdə qeyd edirəm.

Bu şəhərin küçələrində bayraqların altında addımlayıram.

Və qəlbimdə böyük bir qürur hissi keçirirəm.

Çünki bu gün burada sadəcə bir bayram tədbirində iştirak etmirəm.

Mən tarixə, qardaşlığa, birliyə və Vətən sevgisinə şahidlik edirəm.

30 Avqustun mübarək, Türkiyəm!

Zəfərin mübarək!

Bayrağın daim ucalarda dalğalansın!

Və qoy bizim qardaşlığımız da o bayraqlar kimi göylərə yüksəlsin.. Əbədiyyən.. sarsılmaz və qürurlu!!!