Xəyalə  Sevil - Rəngi dəyişir havanın

Ədəbiyyat 11:01 / 29.08.2026 Baxış sayı: 941

Rəngi dəyişir havanın-

Gündüzdən gecə rənginə.

Yenə xəyalım dolanır

Hüznümün neçə rənginə.

 

Yenə kiçilir gözümdə

Böyütdüyüm adamlar-

Ürəyimin nə içində,

Nə də çölündə adam var.

 

Bu təkliyi neçə yerə

Bölüm ki, tək darıxmayım?

İlahi, bağlı qapıma

Əl şəkli çək, darıxmayım