Ələddin Əzimli - CƏNNƏT QQOXUSU
Ədəbiyyat
20:27 / 28.08.2026
Baxış sayı: 840
Sən ruhuma hopmusan,
Cənnət qoxusu kimi.
Gözlərimə dolmusan,
Gecə yuxusu kimi.
Sevda yolu, eşq yolu,
Səmalardan enibdir.
Bu qız mələk donunu,
Hardan tapıb geyibdir?!
Allah, sən özün qoru,
Verdiyin məhəbbəti.
Əliərimdən alma gəl,
İlahi səadəti.
Qoy biz qoşa yaşayaq,
Ömrün sonuna qədər.
İlahi, özün apar,
Bizi yanına qədər.
Sənə qovuşmaq üçün,
Bu bəhanə, bir dilək.
İnamım var əhdinə,
Axır üzüm güləcək.