Bəhram Bilaloğlu - Salam, ey köçmüş adam...
Ədəbiyyat
22:01 / 28.08.2026
Baxış sayı: 730
Salam, ey köçmüş adam,
Köçənlərə salam de.
Çatdığın məkanlara
Ölülərdən kəlam de.
Saat əqrəbindədir
Cismə çatan nəfəslər.
Qorxulu şeytan deyil,
Qatil olur nəfslər.(i)
Dinməyin, danışmayın,
Haqqınızı almayın.
Kimsə haqqın alanda,
Saralmayın, solmayın.
Axı, ölü danışmır,
Nədir bunun bu sirri?
Qınaqda, qeybətdədir,
Güc alsın, olsun diri.
Dirilməyən ölülər,
Unutmaz tarix sizi.
Məkruh olan əməllə
Yaşatdınız bu izi.