Əlizadə  Nuri - Bəlkə

Ədəbiyyat 17:59 / 29.08.2026 Baxış sayı: 768

 

Dənizə baxanda düşünürsən ki-

torpağın üstünə suyu kim sərib?

Dağların başında düşünürsən ki,

bəlkə də güllərin davası düşüb-

lalələr hamısı qan içindədi?!

Yağışı dinləyib elə bilirsən

elə bil girmisən nəğmə dərsinə...

Baxıb göy üzünə duyğulanırsan-

bəlkə günəş

göyə çəkilmiş portağal rəsmidir?

..Bir gülə baxanda düşünürsən ki,

bəlkə bu gül təbəssümdü

düşüb bir gözəlin dodaqlarından?!