Fərhad Tapdıqoğlu - Düşüncələr
Biz orta məktəbdə oxuyanda ,müəllim əllərimizi partanın üzərinə qoydurub,dırnaqlarımızı yoxlardı.Uzun dırnaqları xətkeşlə vurar ,kəsməyi ( tutdurmaq da deyirlər) tələb edərdi.
İndi qadınlar da ,kişilər də dırnaqlarını uzadır, cürbəcür rəngdə,müxtəlif uzunluqda dırnaqlar gəzdirirlər.
=
Amerikalı Uilyam bir il yarıma Azərbaycan dilini öyrənir ,sazda çalıb oxuyur.
Bizim məmurların bəziləri qocalsalar da,hələ də doğma dilimizdə danışa bilmirlər.
Elələrinin övladları,nəvələri də doğma dillərini bilmirlər ...
Milli şüur,milli qeyrətin yox olması...
=
İstəklərimiz var ki,"qulaqlarımızın dibi" kimi heç vaxt onu görməyəcəyik...
=
Real həyatda əzab-əziyyətlə yaşayıb,xalq,millət ,bəşəriyyət üçün nəsə faydalı bir iş görənlər uzun illər ,bəzən əsrlər rahatlığı xatirələrdə yaşayırlar.
Xatirələrdə yaşanan ömür qayğısız,dinc,rahat ,sükutla keçən...xöşbəxt ömürdü.
=
Yaxını dəyərləndirməyib, ümidini uzaqlara bağlayan insanın nicat tapması müşkül,bəlkə də mümkünsüzdür...
=
"Daş qayaya rast gəldi"
Dərhal o qayaya yaltaqlanmağa başladı.
Təriflər...təşəkkürlər...
Daş qayadan özü heç nə "qoparmadı"...
Qaya daşı "qoltuğunun altına" aldı,çox şey "peşkəş " elədi ona...