Ağaevli Əli Hacı : - Gəl,gör necə yanmışam
Ədəbiyyat
11:41 / 29.08.2026
Baxış sayı: 970
Gəl,gör necə yanmışam
Küldən xəbər alginən !
Belə açıb,solmağı
Güldən xəbər alginən !
Yanmazdı Kərəm belə,
Beş-betər oldum hələ !
Üzüy tut,işıq gələn
Eldən xəbər alginən !
Yollar ölçür aclarım,
Adam olmağmış suçum !
Hara getdi saçlarım,
Teldən xəbər alginən !
Dağdan gələn su idim,
Özüm,özümü yudum !
Niyə axdım,qurudum
Seldən xəbər alginən !
Ölərdim,dərd saxlayıb
Qəm özünə bağlayıb !
Anam necə ağlayıb,
Dildən xəbər alginən !