İlahi , qorxuram mən bu payızdan - Şahverən Cavad
İlahi , qorxuram mən bu payızdan
Bir şirin duyğutək yağır yağışlar ,
İslanır yuxusu lal gecələrin .
Nəm çəkib payızın sarı köynəyi ,
Darıxır sükutu boş küçələrin .
Səkilər , dalanlar poçt qutusudur ,
Ayaqlar altında bahar verir can .
Yarpaqlar - ünvansız məktublar kimi -
Poçtalyon küləklər axtarır ünvan .
Payız dağ döşündən , ağac başından
Gəlir , Əzrayıltək - tarimar edir .
Həyatdan köç edən insan kimidir ,
Sonda bu dünyadan əliboş gedir .
Yazın yaratdığı gözəllikləri
Xəzana döndərib , niyə məhv edir ?
Payız xislətlidir , indi bu dünya :
Dağıtmaq , öldürmək baş alıb , gedir .
İlahi , qorxuram mən bu payızdan ,
İçimdə bir ümid qırılıb , söndü .
Haqqı , ədaləti yaşatmır dünya ,
Hər şey bu dünyada payıza döndü .
30 . 08 . 2026