Ağaevli Əli Hacı - Dar tikilib bu dünya

Ədəbiyyat 10:39 / 31.08.2026 Baxış sayı: 951

Dar tikilib bu dünya,

Içimdəki ağrıma !

Allah verən ömürdü,

Qara gəlib,ağartma !

 

Ağı,qarası tanış,

Çəkdim göydən gözümü !

Sığınmağa dünya yox,

Yola verdim özümü !

 

Görünür can evimin,

İtib ana ölçüsü !

Haqq geyinən ruhumun,

Min-min gəlib elçisi !

 

İlahi ! Söz adına

Ruhuma bir sığal çək !

Səndən gələn ayrılıq,

Mənə dogma gələcək !

 

Dar tikilib bu dünya,

Içimdəki ağrıma !

Allah verən ömürdü,

Qara gəlib,ağartma !