"Məni də yazın",-deyən bütün uğursuz sevgilərə...

Ədəbiyyat 12:35 / 31.08.2026 Baxış sayı: 932

 

O uğursuz eşqə yağma ,şəbnəmim ,

Günəş gözlərinə o qəm kölgədi .

Zəfəran qoxuyur zərif ürəyin ,

Eh,axı... nə bilir zəfəran nədir?!

 

Ürəyi boş oxdan ,qəlbi boş qobur ,

İnanma ,gözündə cəsarət gülə.

Açıb varaqlama mömin qəlbini

O haram rəhldə bu gündən belə.

 

Həmişə mələrdi təmiz sevgilər ,

Yellər danqıldadar boş tabaqları.

Məsum Leylaların göz yaşın içib ,

Çiçəklər bitirir sevda bağarı .

 

Sevincək lalələr ,tər bənövşələr ,

Pıçıldar kiməsə sənin nəğməni.

Çöküb gözlərinə,yanaqlarına ,

Zəfaran qoxuyur gözünün nəmi.

 

O uğursuz eşqə yağma ,şəbnəmim ,

Günəş gözlərinə o qəm kölgədi .

Zəfəran qoxuyur zərif ürəyin ,

Eh,axı... nə bilir zəfəran nədir?!