Aləmzər  Sadıqqızı - Deyilmiş...

Ədəbiyyat 13:14 / 01.09.2026 Baxış sayı: 411

 

Sən sevgimi görməyəcək qədər kor,

Məni eşitmeyecek qədər karsan...

Bəlkə də ömrümə sonuncu yagış,

Başıma ələnən sonucu qarsan...

 

Qoymaram qarsında urəyim sına,

Sən mənim ruhumu duyan deyilsən.

Mən bir az ürəyi sınıq qadınam,

Sən mələk olardın mənə əyilsən...

 

Ha axtar dunyanı tapan deyilsən...

hardasa bir məsum sevda olsa da...

Səni mənim kimi duyan, anlayan,

Səni mənim kimi sevən olsa da...

 

Bir az gözümə bax ürək gözünlə,

Bir az bu həsrətin bağrını gəl yar.

Bir ömür darıxan tənha əllərin,

Əlindən tutmağa ehtiyacı var ...

 

Ya da heç toxunma qoy belə qalsın,

Bu dünya mənimçün gülən deyilmiş...

Aləmin oduna yananlar bilir,

Aləm kimsə üçün ölən deyilmiş...

1.9.2025.