Vaxt zamanın içində...
Ədəbiyyat
09:30 / 01.09.2026
Baxış sayı: 506
Mir Mahmud Ağanın,70-yubiley yaşına !
Vaxt zamanın içində,
Zaman da can içində !
Olandan ölənədək ,
Keçirik qan içindən !
Dur,şəklimi çək mənim
Sərgiyə çək,tək məni !
Yerdən götürəcək məni,
Keçmiş zaman içindən !
Bir süfrə aç sinəmdə,
Düz yeməyə qəmindən !
Sənin gecəni dən-dən,
Yeyərəm dan içində !
Sovur külümü göyə,
Külümü ölüm geyər !
Közüm bir də göyərər,
O,yaradan içində !