Xaliq Rəhimli- Gedib könlünü oxşadım

 - Gedib könlünü oxşadım...

Ədəbiyyat 14:57 / 23.05.2026 Baxış sayı: 332

Gedib könlünü oxşadım

Dilini tapdım dağların

Qucaqlayıb o yamyaşıl

Üzündən öpdüm dağların

 

Gördüm köhnə vəfasını

Qoynundakı səfasını

O suyunu ,havasını

Gözümə təpdim dağların

 

Dedi,- bala qurtarım mən

Səni şəhərin üzünnən

Yenə də çıxdım sözünnən

Əlindən qopdum dağların...