Əşrəf Veysəlli - ADIINA YARAŞN SÖZ AXTARIRDIM

Ədəbiyyat 11:07 / 23.05.2026 Baxış sayı: 474

 

Bir zaman mən sənə şəkk eyləmuşdim,

Nə var bu dünyada qadından gözəl?

Adını qəlbimə həkk eyləmişdim,

Sən məni çıxartdın yadlndan,gözəl.

 

Köksümdə ilk esqin odu qalmayıb,

Ünvanı qalmayıb, adı qalmayııb.

Ağzımda heç nəyin dadı almayıb,

O ilk məhəbbətin dadından gözəl.

 

Bu da köhnə saçlar… bu da köhnə dən,

Bizə nə qalıbsa, qalıb köhnədən.

Üşüyən bur qəlbi nə qızdırar,nə

Sevən bir ürəyin odundan gözəl?!

 

Qışda da çöhrəndə yaz axtarardım,

Gözümə düz baxan göz axtarardım.

Adına yaraşan söz axtarardım,

Sözmü var dünyada adından gözəl?!

2015- ci il.