Elnur Uğur Abdiyev - MƏNİ
Yerdə yerin yoxdur yeri,
Çək yanına,Tanrım,məni!
Öldürmə e, diri-diri,
Çək yanına,Tanrım,məni!
Soyum,köküm səndən gəlir,
Barış adlı dindən gəlir.
Aç qapını bəndən gəlir,
Çək yanına,Tanrım,məni!
Pıçıldadın, yazdım şeir!
Cahil:"anlamadım"-deyir.
Burda verəmmədim xeyir,
Çək yanına,Tanrım,məni!
Bir savabım yoxdur,hanı?
Sözlər kəsdim axdı qanı.
Sən çox sevdiyinin canı,
Çək yanına,Tanrım,məni!
Üzlərə baxdım boyadı,
Boyanın altı riyadı.
Burda ölmək bir həyadı,
Çək yanına,Tanrım,məni