Şakir Xanhüseynli - XƏYALİ

Ədəbiyyat 14:28 / 23.05.2026 Baxış sayı: 380

 

xəyali gözəl vaxt keçirmə

xəyali gəzintilər

xəyali zövq almalar

xəyali münasibətlər

dostlarla xəyali görüşlər

xəyali küsüb-barışmalar

xəyali söhbətlər

xəyali fikir yürütmələr

xəyali deyib-gülmələr

xəyali şahlıq-

xəyali hakimiyyət, hökmlər

xəyali dünya düzəni

xəyali, yaxud bir az da gerçəklik

xəyali bir ömür yaşayıb heç bir səhv etməmə

xəyali əyləncələr- nələr, nələr

xatirələri xəyali canlandırma

xəyali bir həyat yaşadığını yaşamamaq kimi dəyərləndirmə

xəyali olmuşam eyyy