Xatirə Rəhimbəyli - Çıxarmışam .

10:40 / 21.07.2026 Baxış sayı: 420

Qoymamışam ölə bu ulu sevda ,

Bu günə gətirib sağ çıxarmışam .

Daşıya bilmirdi Sizif bir daşı ,

Mən dağın üstünə dağ çıxarmışam ...

 

Neynək ,itirdilər bu haqqı-sayı ,

Qəlbim sinıq-sökük haqdan dolayı ...

Dərdini almışam, dünya, havayı ,

Köksündən o qədər ah çıxarmışam ...

 

Fələk , nə vecinə mənim savaşım ,

Dərdim oyuncaqdı ,qatılır başım .

Belə ömrü boyu yuyub göz yaşım ,

Gecəni səhərə ağ çıxarmışam ...