Xanım İsmayılqızı - Xanım...
X hərfi çox yükü daşıyır.
Xanım adımın ilkidir.
Xoşbəxtliyi anına yüklüdür.
Xəbərdarlıq edir birdən kimliyimin səsindən.
Xasiyyətimə təsiri düşür bütün bucaqlarda.
Xatirələrim var sinəmdən qopan partlayışlarda.
Xeyirlə şərimin əl-ələ tutuşduğu qapıların açarıdı.
Xas olduğu duruşuyla hər iki dünyamın varıdı.
A hərfi əlifbamın birincisidi.
Adımın ikincisidi.
Ana adının cənnət yuvasıdı.
Azadlığa aparan qanadın havasıdı.
Aləmi özünə çəkən sərhədsiz həyatdı.
Avazı ucaldan səsin köküdü.
Ağuşa gələn dairədi.
Atanı Ata edən çəkidi.
Allahın əmanətidi.
N hərfi dilinin ucundan qopar.
Nəğmə kimi nəzmə çəkən bulağdı sanki.
Nağıl yazan, nağıl oxuyanı var.
Naz edəni, naxış toxuyanı var.
Nədən, niyə, nə üçün sualları
Nəmli gözlərdən silən həyanı var.
I hərfi sona aparan yol.
I ilə başlayan bəlkə bir söz yox.
I olmasa sözlər yarımçıq qalar.
I-ya bənzəyənlər çox.
I-nın əlləri açıq, əl uzadar, əl tutar.
I-ya ehtiyacım var.
M - adımın sonuncu hərfi.
Müharibələrim onunla başlar.
Məna qatar, öpüş qatar dodaqlara bəlkə də.
Məzmunludur, məqsədi var üzdə olan ölkədə.
Mahnılarda, şeirlərdə, romanlarda, hekayələrdə,
Muğamlarda kimliyini bildirir.
Məhv etmək həvəsi yoxdu canında,
Mürgü vurur hərdən səs vulkanında.
Mən sözünün möhürüdü
Mənliyimin yanında.
Möhtəşəmdi, məskən salıb adımın da sonunda.
20.07.26.